Modern.az

Azərbaycanlı gənc Polşada vəfat edib

Azərbaycanlı gənc Polşada vəfat edib

Hadisə

10 Oktyabr 2026, 23:19

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib.

Modern.az 24News.ge-yə istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib.

Məlumata əsasən, mərhum işləmək məqsədilə Polşaya gedibmiş.

Hazırda onun nəşinin doğma kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!