Modern.az

Azərbaycanda evini əxlaqsızlıq yuvasına çevirən qadın SAXLANILDI

Azərbaycanda evini əxlaqsızlıq yuvasına çevirən qadın SAXLANILDI

Hadisə

Bu gün, 14:15

Astarada evini əxlaqsızlıq yuvasına çevirən qadına cinayət işi açılıb.

Modern.az-ın xəbərinə görə, hadisə Artupa kəndində baş verib.

Kənd sakini 43 yaşlı Şəfiqə Məlikova (şərti adla) ikimərtəbəli ikinci evini bir neçə dəfə pul müqabilində 1 və 1 saat yarımlıq Vüsala (şərti adla) verib. Vüsal isə evə tanışı olan qadınla birgə gəlib. Bunu isə əvvəlcədən Şəfiqəyə də bildirib. Sonuncu belə cinayət zamanı polis əməkdaşları daxil olan məluma əsasında Şəfiqənin həmin evinə daxil olublar. Onlar Vüsalla tanışı olan qadının cinsi əlaqədə olduqlarının şahidi olublar.

Fakt əsasında Ş. Məlikova barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Ş. Məlikova ifadəsində bildirib ki, evini əxlaqsızlıq yuvasına çevirərək qazandığı pulları oğluna göndərib. O, əməlindən peşman olduğunu, ilk dəfədir ki, cinayət törətdiyini və şəkərli diabet xəstəsi olmasını deyərək, nəzərə alınmasını xahiş edib.

Məhkəmə Şəfiqənin dediklərini nəzərə alıb. Qərara əsasən, qadın qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum olunub.

 

İlyas Turan

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər