Ələt-Astara yolunda ölümlə nəticələnən yol qəzası olub.
Modern.az xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb. Dörd nəfərin də yaralandığı bildirilir.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.