Modern.az

Magistralda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Magistralda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Hadisə

Bu gün, 21:25

Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada həyatını itirib.

Modern.az APA-ya istinadən hadisə ötən gün magistralın 111-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Asəf Yusif oğlu Cəfərovu vurub.

Ağır xəsarətlər alan piyada politravma və travmatik şok vəziyyətində Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər