Modern.az

Qazaxda qəza: 3 nəfər xəsarət aldı

Qazaxda qəza: 3 nəfər xəsarət aldı

Hadisə

Bu gün, 22:19

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-21012” markalı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü X.Civişovu vurub. Hadisə zamanı avtomobildə olan 1974-cü il təvəllüdlü İ.Məmmədova və 1993-cü il təvəllüdlü G.Həmzəyeva da xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər