Modern.az

Gəncədə ata oğlunu bıçaqla öldürdü

Gəncədə ata oğlunu bıçaqla öldürdü

Hadisə

11 Oktyabr 2026, 23:42

Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Hadisəni törətməkdə Röyal Həsənovun atası şübhəli bilinir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!