Modern.az

Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu

Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu

Hadisə

Bu gün, 17:46

Qaxda şagirdlər arasında dava düşüb, biri ağır xəsarət alıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 20-də Qax rayonu Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş mübahisə nəticəsində məktəblilərdən biri digərinə xəsarət yetirib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib:

"Təcili yardım xidmətinin əməkdaşları tərəfindən xəsarət almış şagirdə məktəbdə ilkin tibbi yardım göstərilib, daha sonra o, müvafiq tibb müəssisəsinə yönləndirilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Şagirdin sağlamlıq vəziyyəti məktəb və regional təhsil idarəsi tərəfindən izlənilir".

TƏBİB-dən bildirilib ki, bu gün saat 10:50 radələrində xəsarət alması səbəbilə 2012-ci il təvəllüdlü yeniyetmə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona baş-beyin silkələnməsi diaqnozu təyin olunub.

Hazırda onun müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində