Modern.az

Naxçıvanda qəza: ölən və yaralananlar var

Naxçıvanda qəza: ölən və yaralananlar var

Hadisə

Bu gün, 21:43

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu isə həyatını itirib.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində