Bakıda yeniyetmə oğlan bıçaqlanıb.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli oktyabrın 20-də saat 15:20 radələrində döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Tibb müəssisəsindən bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Yeniyetmənin hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***
20.10.2026
Bakıda yeniyetmə oğlan bıçaqlanıb.
Modern.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.