Modern.az

Xəzər dənizində qayıq aşdı, bir balıqçının meyiti tapıldı

Xəzər dənizində qayıq aşdı, bir balıqçının meyiti tapıldı

Hadisə

Bu gün, 10:31

Dağıstanda, Xəzər dənizinin Sulak çayının mənsəbindən cənub-şərqdə yerləşən akvatoriyasında qayıq aşıb.

Modern.az lent.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər dənizə düşərək itkin düşüb.

İtkin düşənlərin axtarışına Rusiya Fövqəladə Hallar Nazirliyinin 28 əməkdaşı və 12 xüsusi texnikası cəlb olunub.

Axtarışlar nəticəsində dənizdə itkin düşən kişilərdən birinin meyiti tapılıb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd olunur ki, itkin düşənlər balıqçılar olub. İkinci şəxsin axtarışları davam etdirilir.

Hadisənin başvermə səbəbləri barədə hələlik məlumat açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı