Bakıda amnistiya tətbiq edilən kişi həyat yoldaşını döyüb.
Modern.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
1983-cü il təvəllüdlü Rəfail İbrahimov 15 il əvvəl ailə qurub. O, 2024-cü ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 2025-ci ildə o, həyat yoldaşı ilə boşanıb. 2026-cı ildə Rəfail Milli Məclisin amnistiya qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunub. O, azadlığa çıxandan sonra yenidən həyat yoldaşı ilə barışıb və birgə yaşamağa qərar veriblər. Bir müddət sonra Rəfail yenidən həyat yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində o, həyat yoldaşını döyərək ona bədən xəsarətləri yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, Rəfail saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.İbrahimova 6 ay azadlığın məhdudlaşdırlması cəzası verilib.