Bu gün Türkiyənin paytaxtı Ankarada Türk Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) müəssisəsinə törədilən terror hücumundan iki il ötür.
Modern.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, 2024-cü il oktyabrın 23-də Kahramankazan rayonunda baş verən hücum nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Hücum yerli vaxtla saat 15:26-da törədilib. Əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri biri qadın, digəri kişi olmaqla iki terrorçunu zərərsizləşdirib.
Həlak olanlar TUSAŞ əməkdaşları Cengiz Coşkun, Zahide Güçlü, Hasan Hüseyin Canbaz, mühafizəçi Atakan Şahin Erdoğan və taksi sürücüsü Murat Arslan olub.
Agentliyin məlumatına görə, terrorçular müəssisəyə gəlməzdən əvvəl taksi sürücüsünü öldürərək avtomobilini ələ keçiriblər. Mühəndis Zahide Güçlü isə həyat yoldaşının göndərdiyi gülü götürmək üçün müəssisənin girişinə gedərkən hücuma məruz qalıb.
Hadisə ilə bağlı Ankara Baş Prokurorluğunda istintaq başladılıb, araşdırmaya bir baş prokuror müavini və səkkiz prokuror cəlb olunub.