Modern.az

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hadisə

Bu gün, 10:57

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti 48 əcnəbini deportasiya edib.

Modern.az xəbər verir ki, bu barədə müvafiq ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 48 xarici vətəndaş saxlanılıb. Onların arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları da var.

Hazırda saxlanılanlar Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində saxlanılır. Onların Gürcüstandan çıxarılması üçün müvafiq prosedurlar həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!