Modern.az

Bakıda kafedə kütləvi dava: ölən var – ANBAAN VİDEO

Bakıda kafedə kütləvi dava: ölən var – ANBAAN VİDEO

Hadisə

Bu gün, 09:49

Bakıda kafelərdən birində kütləvi dava baş verib.

Modern.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.

Yekunda bir nəfər həyatını itirib. Həyatını itirən Ceyhun adında şəxs olub. O, "Ceyhun Sabunçu" kimi tanınır.

Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyayla Ukrayna RAZILAŞDI - Atəşkəs elan edildi - Xəbəriniz Var?