Modern.az

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi 

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi 

Hadisə

Bu gün, 16:49

Bakıda gənc qız sevgilisini qarət edib.
 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən “Dağüstü park” ərazisindəki parkinqdə qeydə alınıb.

Məlumata görə, 20 yaşlı Xatirə Məcidova (şərti adla), qardaşı və sevgilisi zərərçəkən Mahir (şərti ad) sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə olublar. Axşam saatlarında Mahir qardaşı ilə spirtli içki içdikləri üçün yuxulayıb və sükan arxasında yatıb. Bundan istifadə edən Xatirə Mahirin avtomobilin kondisioner hissəsinin üstündə olan “Samsun S24 Ultra” markalı, dəyəri 3750 manat olan mobil telefonunu oğrulayıb.

Mahir yuxudan oyanandan sonra telefonunun oğurlandığını bilib və polisə müraciət edib. Bundan sonra Mahir və Xatirə avto vağzal ərazisində oteldə qalıblar. Bu zaman onlar yenə spirtli içki qəbul ediblər və Xatirə sərxoş olaraq yatıb. Mahir bundan istifadə edərək, Xatirənin telefonuna baxıb və anası ilə yazışmalarında telefonunun sevgilisi ilə qardaşı tərəfindən oğurlanmasından şübhələnib.

Nəticədə Xatirə Məcidova saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində 2 azyaşlı övladının olduğunu deyib. Onun sözlərinə görə, oğurladığı telefonu 900 manata satıb.

Zərərçəkən Mahir telefonunun və ya dəymiş ziyanın qaytarılmadığını bildirib.

Məhkəmə Xatirə Məcidovanı 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada