Modern.az

Avropa çempionatına gedirlər: Hidayət, Zelim, Südabə...

Avropa çempionatına gedirlər: Hidayət, Zelim, Südabə...

İdman

Bu gün, 12:06

Aprelin 16-19-u aralığında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycanı təmsil edəcək ilkin heyət müəyyənləşib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verib.

İlkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib.

Onlar arasında Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq)Ze, Madina Kaisinova var. (+78 kq)

Qeyd edək ki, milli komandanın yekun heyəti yarışa bir həftə qalmış açıqlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV