Modern.az

AHİK “Sağlam həmkar” minifutbol turnirinə start verdi - FOTO

AHİK “Sağlam həmkar” minifutbol turnirinə start verdi - FOTO

İdman

Bu gün, 11:24

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib.

Modern.az xəbər verir ki, AHİK və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkil etdiyi yarışda qurumun üzv təşkilatlarının komandaları mübarizə aparır.

Turnirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışda çıxış edən AHİK sədrinin müavini Qəzənfər Abdullayev ölkədə idmanın inkişafına göstərilən dövlət dəstəyindən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasətindən danışıb. O bildirib ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı, müasir idman infrastrukturunun yaradılması ölkəmizi beynəlxalq idman mərkəzlərindən birinə çevirib.

Qeyd olunub ki, “Sağlam həmkar” turnirinin keçirilməsində məqsəd sağlam həyat tərzinin təşviqi, kollektivlər arasında həmrəyliyin və komanda ruhunun gücləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkili istiqamətində tədbirlərin genişləndirilməsidir.

Tədbir çərçivəsində AHİİTA-nın idman bölmələrinin nümayiş çıxışları da təqdim olunub.

Daha sonra turnirin ilk oyunlarına start verilib. Yarışda ümumilikdə 17 komanda 4 qrup üzrə mübarizə aparır.

Turnir iyulun 10-da keçiriləcək final oyunu ilə yekunlaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır