Modern.az

Azərbaycan millisi qrupdakı son oyununda qalib gəldi

Azərbaycan millisi qrupdakı son oyununda qalib gəldi

İdman

10 İyun 2026, 02:12

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində qrupdakı son matçını keçirib.

Modern.az xəbər verir ki, yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamız ilk hissədə vurduğu qollarla üstünlüyü ələ alıb və fasilədən sonra hesabı qoruyaraq meydanı qələbə ilə tərk edib.

Millimizin heyətində qolları 8-ci dəqiqədə Kristina Bakarandze, 28-ci dəqiqədə Mələk Mollayeva və 37-ci dəqiqədə Nigar Mirzəliyeva vurublar.

Qeyd edək ki, Azərbaycan millisi bu oyunla seçmə mərhələdəki qrup mübarizəsini başa vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr