Modern.az

FIFA DÇ-2026-nın rəsmi himnini təqdim etdi - VİDEO

FIFA DÇ-2026-nın rəsmi himnini təqdim etdi - VİDEO

İdman

11 İyun 2026, 01:32

FIFA 2026-cı il futbol üzrə dünya çempionatının rəsmi musiqi trekini təqdim edib.

Modern.az xəbər verir ki, DNA adlanan kompozisiya turnirin startı ərəfəsində "FIFA World Cup" platformalarında yayımlanıb.

Dünyanın ən mühüm futbol yarışının rəsmi himni məşhur italyan tenor Andrea Boçellinin iştirakı ilə yazılmış mahnı olub. Kompozisiyanın ərsəyə gəlməsi üzərində, həmçinin fransız dicey və prodüser David Quetta, amerikalı rep ifaçısı "Megan Thee Stallion" və EJAE çalışıblar.

DNA Boçellinin klassik vokalını müasir elektron musiqi ilə birləşdirir. Mahnının premyerası ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində baş tutub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr