Modern.az

“Qarabağ” braziliyalı ilə yeni müqavilə bağladı

“Qarabağ” braziliyalı ilə yeni müqavilə bağladı

İdman

Bu gün, 13:20

“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.

Klubdan Modern.az-a bildirilib ki, braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!