Modern.az

Netanyahu dünya çempionatında favoritini açıqladı

Netanyahu dünya çempionatında favoritini açıqladı

İdman

10 İyul 2026, 09:54

İsrailin Baş naziri Benyamin Netanyahu futbol üzrə dünya çempionatında dəstəklədiyi komandanın Argentina olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, Netanyahu Argentinaya dəstəyinin səbəbinin Lionel Messi deyil, bu ölkənin prezidenti Xavyer Miley olduğunu bildirib.

İsrail hökumət başçısı Mileyi "əsl superulduz" və "İsrailin ən böyük dostu" adlandırıb.

Netanyahu dünya çempionatının qalibinin Argentina olmasını arzuladığını deyərək, Buenos-Ayresin son illərdə İsraillə münasibətlərdə nümayiş etdirdiyi mövqeni yüksək qiymətləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!