Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarının yarımfinal mərhələsində iştirak edən ən yaşlı meydan oyunçusu kimi tarixə düşüb.
Modern.az xəbər verir ki, 39 yaş 21 günlük futbolçu DÇ-2026-da İngiltərə millisinə qarşı yarımfinal görüşünə start heyətində çıxmaqla bu rekorda imza atıb.
Bununla da Messi 1958-ci il dünya çempionatının yarımfinalında 37 yaş 236 günlük olarkən meydana çıxan Almaniya millisinin sabiq futbolçusu Frist Valter və İsveç yığmasının keçmiş üzvü Qunnar Qrenə məxsus rekordu yeniləyib.
Dünya çempionatları tarixində yarımfinalda mübarizə aparan ən yaşlı futbolçu rekordu isə İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltona məxsusdur. O, 1990-cı il mundialının yarımfinal matçında 40 yaşında "çərçivə"ni qoruyub.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.