Modern.az

Kazemiro "İnter Mayami"yə keçdi

Kazemiro "İnter Mayami"yə keçdi

İdman

23 İyul 2026, 04:11

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Kazemiro karyerasını ABŞ-də davam etdirəcək.

Modern.az xəbər verir ki, bu barədə MLS təmsilçisi "İnter Mayami"nin rəsmi saytı məlumat yayıb.

34 yaşlı braziliyalı futbolçu ilə 2027-ci il mövsümünün sonunadək müqavilə imzalanıb. Razılaşmaya əsasən, müqavilənin müddəti daha iki il uzadıla bilər.

Kazemironun 2022-ci ildən çıxış etdiyi "Mançester Yunayted"lə müqaviləsinin müddəti bu yay başa çatıb.

Təcrübəli yarımmüdafiəçi İngiltərə klubunun heyətində keçirdiyi 160 oyunda 26 qol vurub, 14 məhsuldar ötürmə verib.

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab