Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar yarış ərazilərində yerləşən bəzi ümumitəhsil müəssisələrində tədris prosesi onlayn təşkil olunacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bəs Formula 1 Azərbaycan Qran-prisi hansı tarixlərdə keçiriləcək?
Modern.az xəbər verur ki, Formula 1 Azərbaycan Qran-Prisi 24–26 sentyabr 2026-cı il tarixlərində Bakı Şəhər Halqasında keçiriləcək.
Bu il yarışın tarixində bir ilk yaşanacaq: belə ki, Bakıdakı əsas Qran-pri yarışı ilk dəfə olaraq bazar günü deyil, 26 sentyabr şənbə günü baş tutacaq. Bu dəyişiklik bazar gününə təsadüf edən Anım Günü (27 sentyabr) ilə eyni vaxta düşməmək məqsədilə edilib.
Yarış proqramı 23 sentyabrda bilet sahibləri üçün Pit Leyn gəzintisi ilə başlayacaq və ardınca rəsmi sessiyalar keçiriləcək.Yarışlar aşağıdakı ardıcıllıqla təşkil olunacaq:
24 sentyabr: 1-ci sərbəst yürüş (12:30–13:30) və 2-ci sərbəst yürüş (16:00–17:00);
25 sentyabr: 3-cü sərbəst yürüş (12:30–13:30) və Sıralama turu (Kvalifikasiya) (16:00–17:00).
26 sentyabr: Pilotların təqdimatı (13:00) və Azərbaycan Qran-Prisi əsas yarışı (15:00).
Qeyd edək ki, Bakıda Formula 1 yarışılarına hazırlıq işləri sürətləndirilib.