Modern.az

Bu gün Azərbaycan Premyer Liqasında iki maraqlı oyun var - TƏQVİM

Bu gün Azərbaycan Premyer Liqasında iki maraqlı oyun var - TƏQVİM

İdman

Bu gün, 10:56

Bu gün Misli Premyer Liqasında 4-cü turun daha iki oyunu keçirləcək.

Modern.az xəbər verir ki, günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək.
Hazırda "Zirə" komandası 9 xalla birinci, “Sabah” isə 6 xalla dördüncü yerdədir.
Lakin "Sabah" bir oyun az keçirib. 

Digər matçda isə “Neftçi” “Şəfa”nı qəbul edəcək. 3 turdan sonra “Neftçi” 6 xalla ikinci, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. 

Misli Premyer Liqası

IV tur

5 sentyabr 

18:30. “Sabah” - “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov 
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”

20:30. “Neftçi” - “Şəfa”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev 
AVAR: Cəmil Quliyev
“Palms Sports Arena”

6 sentyabr 

18:00. “Turan Tovuz” - “Sumqayıt”

20:15. “Qarabağ” – “Araz-Naxçıvan”

4 sentyabr (cümə)

“Qəbələ” - “İmişli” - 2:1

“Kəpəz” - “Şamaxı” - 1:4

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Zelenskinin ofisinə girdilər – Axtarış başladı