Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək.
Modern.az xəbər verir ki, “Fənərbaxça” doğma meydanda “Beşiktaş”ı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçın baş hakimi Halil Umut Meler olacaq.
Qeyd edək ki, Türkiyə Super Liqasında 3 turdan sonra “Beşiktaş” 6 xalla 3-cü pillədədir.
“Fənərbaxça”nın da 6 xalı və 4-cü pillədə qərarlaşıb.