“Real”ın baş məşqçisi Joze Mourinyonun “Real Betis”lə oyunda (1:2) Arda Güleri ikinci hissədə meydandan çıxarması futbol ictimaiyyətində müzakirələrə səbəb olub.
Modern.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi qarşılaşmada “Real”ın ən fəal futbolçularından biri olsa da, ikinci hissənin ortalarında əvəzlənib. Onun yerinə Diamonde meydana daxil olub.
İspaniyanın “AS” nəşrinin yazdığına görə, Mourinyo bu qərarın kənardan ədalətsiz görünə biləcəyini özü də etiraf edib. Portuqaliyalı çalışdırıcı Güleri əvəzləməsinin əsas səbəbini onun ikinci sarı vərəqə alma ehtimalı ilə əlaqələndirib.
Mourinyonun sözlərinə görə, “Betis” futbolçularının ikinci hissənin əvvəlində Güleri qayda pozuntusuna təhrik edərək cəzalandırılmasına çalışa biləcəyi ehtimalı olub. Buna görə məşqçi risk etməyərək futbolçunu oyundan çıxarmağa üstünlük verib.