Modern.az

Osimhen bir neçə matçda oynamayacaq - SƏBƏB

Osimhen bir neçə matçda oynamayacaq - SƏBƏB

İdman

6 Sentyabr 2026, 17:50

 SuperLiqanın 4-cü turunda “Başakşehir”lə oyunda xəsarət alan “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin müayinələrinin nəticəsi açıqlanıb.

Modern.az xəbər verir ki, bununla bağlı klub məlumat yayıb.

Bildirilib ki, Osimhenin sağ adduktor əzələ qrupunda orta-ağır dərəcəli dartılma, qanama və gərilmə aşkarlanıb. Futbolçunun müalicəsi davam etdirilir. Futbolçunun zədə səbəbindən ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı