Modern.az

"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq

"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq

İdman

8 Sentyabr 2026, 17:37

Sentyabrın 12-də Azərbayacan Premyer Liqasının V turu çərçivəsində "Kəpəz" və "Qəbələ" komandaları arasında keçiriləcək oyununun start fitindən öncə Gəncə Şəhər Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.

Modern.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1 dəqiqəlik sükutla bu günlərdə vəfat edən Azərbaycanın veteran futbolçusu Mehman Hacıyev yad olunacaq.

Bununla bağlı "Kəpəz" rəhbərliyinin PFL-ə müraciətinə müsbət cavab verilib.

Bir dəqiqəlik sükut zamanı, həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?