Oktyabrın 22-31-dək ölkəmizdə ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması məqsədilə seçim prosesi davam edir.
Modern.az AFFA-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü futbolçular Bakıda keçiriləcək U-15 Dünya Çempionatına hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışlarını keçirəcək.
Təlim-məşq toplanışı 8-9 sentyabr və 12-14 sentyabr tarixlərində Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək. Hazırlıq prosesi çərçivəsində futbolçuların seçimi davam etdiriləcək və Dünya Çempionatında iştirak edəcək yekun heyət müəyyənləşəcək.
Qeyd edək ki, toplanışlara dəvət olunan 25 futbolçu arasından Dünya Çempionatında iştirak edəcək 14 futbolçu seçiləcək.
Həmçinin U-15 milli komandasında (2012-ci il təvəllüdlü futbolçular) UEFA İnkişaf Turnirinə hazırlıq məqsədilə seleksiya prosesi davam edir. Sözügedən turnirin 20-26 oktyabr tarixlərində Maltada keçiriləcək.
Milli komandanın təlim-məşq toplanışlarına dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:
|
Ad, Soyad |
Klub |
|
Oqtay Mehrəliyev |
"Qarabağ" FK |
|
Daniil Bayramari |
"Qəbələ" İK |
|
Məhəmməd Ağamalıyev |
"Qarabağ" FK |
|
Abbas Məmmədli |
"Qarabağ" FK |
|
Asif Allahverdizadə |
"Ulduz" FA |
|
Emil Quliyev |
"Neftçi" PFK |
|
Teymur Quliyev |
"Ulduz" FA |
|
Əkbər Nağıyev |
"Neftçi" PFK |
|
Kənan Əzimov |
"Neftçi" PFK |
|
Həsən Məhmədov |
"Sabah" FK |
|
Murad Zeynallı |
"Ulduz" FA |
|
Səbran Muradlı |
"Qarabağ" FK |
|
Müşfiq Zamanov |
"Ulduz" FA |
|
Xalid Soltanov |
"Qəbələ" İK |
|
Ömər Allahverdiyev |
"Turan Tovuz" PFK |
|
Səbuhi İbrahimli |
"Ulduz" FA |
|
Yusif Əlizadə |
"Ulduz" FA |
|
Həsən Ramazanov |
"Sabah" FK |
|
Murad Məmmədzadə |
"Sabah" FK |
|
Nihad Bəylərli |
"Ulduz" FA |
|
Əli Hacıyev |
"Sabah" FK |
|
Həsən Müşfiqzadə |
"Qarabağ" FK |
|
Ramil İsmayıllı |
"Karvan" FK |
|
Maksim Adamov |
"Neftçi" PFK |
|
Amin Tağıyev |
"Qarabağ" FK |