La Liqanın prezidenti Xavyer Tebas “Real Madrid”lə münaqişəyə görə vəzifəsini itirə bilər.
Modern.az xəbər verir ki, daha əvvəl Tebas Madrid klubunun və onun televiziya kanalının kommunikasiya strategiyasını nasist Almaniyasının metodları ilə müqayisə edib.
İspaniyanın İdman üzrə Ali Şurası (CSD) Tebasın vəzifəsindən kənarlaşdırılması ehtimalını nəzərdən keçirir. Qurum onun müqayisəsindən sonra barəsində araşdırma başladılmasının məqsədəuyğun olub-olmadığını qiymətləndirir. Məsələ CSD-nin hüquq şöbəsinə göndərilib. Prosesin davam etdirilməsi üçün İdman üzrə İnzibati Tribunalına (TAD) rəsmi şikayət təqdim edilməlidir. Xavyer Tebasın La Liqanın rəhbəri kimi gələcəyi barədə yekun qərarı məhz bu qurum verəcək.
Daha əvvəl “Kral klubu” bəyanat yayaraq La Liqa prezidentinin bu cür müqayisələr aparmasını yolverilməz adlandırıb. Tebas isə “Sevilya” ilə 9-cu tur matçında (4:1) azarkeşlərin onun soyadının qeyd olunduğu banner asmasından sonra “Real Madrid”i manipulyasiyada ittiham edib.