Modern.az

Bakıya gələn "Borussiya" azarkeşləri: "Sabah" uduzacaq!

Bakıya gələn "Borussiya" azarkeşləri: "Sabah" uduzacaq!

İdman

Bu gün, 16:41

"Sabah" klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq. Komandamız Bakı Olimpiya Stadionunda Almaniyanın "Borussiya" klubunu qəbul edəcək. Oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Saat 20.45-də başlayacaq “Sabah” - “Borussiya” matçı İctimai Televiziyada yayımlanacaq.
Oyuna baxmaq üçün Almaniyadan xeyli “Borussiya" azarkeşi Bakıya gəlib.

Modern.az oyuna baxmağa gələn "Borussiya" azerkeşlərinin ehtimallarını öyrənib.

Vincent adlı gənc azakeş "Sabah"ın 4 cavabsız qolla məğlub olacağını düşünür. Onun dostu Paulun  ehtimalına görə isə oyun 4:1 hesabı ilə "Borrusiya"nın xeyrinə bitəcək. Younis və Anas adlı digər alman azerkeşlər "Sabah"ın 3 cavabsız qolla məğlub olacağı proqnozunu verdilər. 

Alman azarkeşlər Bakıya oyundan bir gün əvvəl gəldiklərini, səfərlərinin üç gün davam edəcəyini söylədilər. Onlar bir sıra tarixi yerləri gördüklərini və bəyəndiklərini bildirdilər. 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində