Modern.az

Azərbaycanlı boksçu iki il müddətinə yarışlardan uzaqlaşdırıldı

Azərbaycanlı boksçu iki il müddətinə yarışlardan uzaqlaşdırıldı

İdman

Bu gün, 16:18

Azərbaycanlı boksçu Daniel Holostenko antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Bildirilib ki, idmançı məkan məlumatları ilə bağlı antidopinq qaydalarını pozub. Bu səbəbdən Daniel Holostenkoya 24 aylıq sanksiya tətbiq olunub.

Cəza 2026-cı il avqustun 31-dən qüvvəyə minib və 2028-ci il avqustun 31-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində