Modern.az

"Sabah" "Borussiya" ilə bacarmadı

"Sabah" "Borussiya" ilə bacarmadı

İdman

Bu gün, 22:36

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda "Borussiya"ya (Dortmund, Almaniya) məğlub olub.

Modern.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Bundesliqa təmsilçisinin heyətində Seru Qirassi (10, 53) dubl müəllifi olub. Azərbaycan çempionunun yeganə qolu isə Eyden Makkartinin (39) adına yazılıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirindəki növbəti görüşünü noyabrın 4-də, səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində