İspaniya La Liqasının 9-cu turunda "Barselona"nın futbolçusu Lamin Yamalı baş zərbəsi ilə vuran "Betis"in yarımmüdafiəçisi Fakundo Bernal cəzalandırılıb.
Modern.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
İkinci hissənin əvvəlində futbolçular arasında mübahisə yaranıb. Bernal Yamalın boğazından tutaraq onun üzünə iki dəfə baş zərbəsi endirib. Bu qayda pozuntusuna görə "Betis"in futbolçusu birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi isə onu 4 oyunluq cəzalandırıb.
23 yaşlı F.Bernalın cəzası İspaniya kubokunun oyunlarına da şamil edilir.