FİFA Qitələrarası Kubokunun final matçının keçiriləcəyi tarixi və yeri açıqlayıb.
Modern.az xəbər verir ki, final oyunu dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçiriləcək.
Final mərhələsində Fransanın PSJ, Meksikanın “Toluka”, Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandalarının iştirakı dəqiqləşib. Sonuncu kollektiv isə Libertadores Kubokunun qalibi olacaq. Burada isə “Estudiantes” ilə “Palmeyras” üz-üzə gələcək.