Modern.az

On beş mininci qolu vurdu

On beş mininci qolu vurdu

İdman

Bu gün, 21:23

Azərbaycan çempionatları tarixində yüksək liqada on beş mininci qol vurulub.

Modern.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, yubiley topu Azərbaycan Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

“Zirə” - “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə on beş mininci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?