Modern.az

Ronaldonun qazancı 2 milyarda çatdı - Tarixə düşdü

Ronaldonun qazancı 2 milyarda çatdı - Tarixə düşdü

İdman

Bu gün, 04:42

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştianu Ronaldo bu dəfə futbol meydanlarından kənarda – maliyyə sahəsində növbəti tarixi rekorda imza atıb.

Modern.az nüfuzlu “Forbes” jurnalına istinadən xəbər verir ki, 41 yaşlı portuqaliyalı ulduz futbol tarixində qazancı 2 milyard dollara çatan ilk futbolçu olub.

Məlumata görə, bu məbləğə yalnız klublarla bağlanan müqavilələr üzrə maaşlar deyil, həm də futbolçunun bütün digər gəlir mənbələri – reklam, sponsorluq müqavilələri və şəxsi biznes layihələri daxildir.

Qeyd edək ki, 41 yaşlı Ronaldonun “Əl-Nəsr” ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?