Modern.az

Bakıda dünya çempionatı başladı

Bakıda dünya çempionatı başladı

İdman

Bu gün, 20:02

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminə start verilib.

Modern.az xəbər verir ki, mərasim Bakı Kristal Zalında təşkil olunub.

Bu gün start götürən yarışda FIFA-ya üzv 189 ölkənin komandaları iştirak edir. Turnir çərçivəsində ümumilikdə 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.

Oktyabrın 30-dək davam edəcək çempionatın oyunları Hövsan Yarış Kompleksində təşkil olunacaq. Final qarşılaşması isə Bakı Kristal Zalında keçiriləcək.

Azərbaycan millisi turnirdə ilk oyununu bu gün saat 19:30-da Timor-Leste yığmasına qarşı keçirir.

Yığmamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya komandası ilə qarşılaşacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Millimiz oktyabrın 26-da da iki oyun keçirəcək. Komandamız saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək. Hər iki qarşılaşma eyni meydançada təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada