Taxtakörpü–Ceyranbatan kanalının sürüşmə riski olan hissələrində əsaslı təmir işləri aparılacaq.
Modern.az xəbər verir ki, bununla bağlı “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi açıq tender elan edib.
Müsabiqə kanalın sürüşmə zonalarında sementasiya və beton-bərkitmə işlərinin həyata keçirilməsini nəzərdə tutur. Layihənin ehtimal olunan dəyəri 222 min 463 manat 78 qəpik təşkil edir.
Tender sənədlərinə əsasən, işlər kanalın təhlükəli hissələrinin möhkəmləndirilməsi, sürüşmə riskinin azaldılması və infrastrukturun dayanıqlığının artırılması məqsədi daşıyır.
Satınalma proseduru üzrə təkliflərin son təqdim olunma vaxtı iyunun 3-ü saat 17:00 müəyyənləşdirilib. Zərflərin açılışı da həmin tarixdə baş tutacaq.
Qeyd edək ki, Taxtakörpü–Ceyranbatan kanalı ölkənin su təchizatı və meliorasiya sistemi üçün strateji əhəmiyyət daşıyan əsas infrastruktur layihələrindən biri hesab olunur.