Modern.az

Azərbaycan 2025-ci ildə ən çox bu sahələrə pul xərcləyib

Azərbaycan 2025-ci ildə ən çox bu sahələrə pul xərcləyib

İqtisadiyyat

Bu gün, 11:01

2025-ci il dövlət büdcəsinin icrası üzrə xərclərin strukturu açıqlanıb. 

Modern.az məlumatına görə, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət büdcəsindən ən çox vəsait müdafiə və milli təhlükəsizlik sahəsinə yönəlib. Bu istiqamət üzrə xərclər 8 milyard 67 milyon 955 min 609 manat təşkil edib.

Ən çox vəsait ayrılan 5 sahə belə sıralanır:

Müdafiə və milli təhlükəsizlik – 8 milyard 67 milyon 955 min 609 manat
İqtisadi fəaliyyət – 7 milyard 579 milyon 713 min 725 manat
Təhsil – 4 milyard 619 milyon 497 min 306 manat
Sosial müdafiə və sosial təminat – 4 milyard 554 milyon 198 min 650 manat
Ümumi dövlət xidmətləri – 4 milyard 456 milyon 155 min 2 manat

Ən az vəsait ayrılan 5 sahə isə bunlar olub:

Mənzil və kommunal təsərrüfat – 322 milyon 501 min 40 manat
Ətraf mühitin mühafizəsi – 374 milyon 138 min 174 manat
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyətlər – 527 milyon 121 min 787 manat
Kənd təsərrüfatı – 1 milyard 120 milyon 933 min 666 manat
Səhiyyə – 1 milyard 275 milyon 289 min 890 manat

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!