Modern.az

Büdcənin 32%-i sosial sahələrə xərclənib - RƏQƏMLƏR

Büdcənin 32%-i sosial sahələrə xərclənib - RƏQƏMLƏR

İqtisadiyyat

Bu gün, 11:06

2025-ci il dövlət büdcəsinin icrası üzrə sosialyönümlü sahələrə yönəldilən vəsaitlərin həcmi məlum olub. Milli Məclisə təqdim olunan sənədə əsasən, ötən il təhsil, səhiyyə, sosial müdafiə və digər sosial istiqamətlər dövlət xərclərinin mühüm hissəsini təşkil edib.

Modern.az məlumatına görə, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, sosialyönümlü sahələr üzrə ümumilikdə 12 milyard 419 milyon 542 min 339 manat vəsait xərclənib. Bu məbləğ ümumi büdcə xərclərinin təxminən 32,2 faizinə bərabərdir.

Sosial istiqamətlər üzrə xərclər aşağıdakı kimi olub:

Təhsil – 4 milyard 619 milyon 497 min 306 manat
Sosial müdafiə və sosial təminat – 4 milyard 554 milyon 198 min 650 manat
Səhiyyə – 1 milyard 275 milyon 289 min 890 manat
Kənd təsərrüfatı – 1 milyard 120 milyon 933 min 666 manat
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti – 527 milyon 121 min 787 manat
Mənzil və kommunal təsərrüfat – 322 milyon 501 min 40 manat

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!