Modern.az

Qiymətlər bahalaşdı: inflyasiya 5,6 faizə yüksəldi

Qiymətlər bahalaşdı: inflyasiya 5,6 faizə yüksəldi

İqtisadiyyat

Bu gün, 12:44

Azərbaycanda bu ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən Modern.az xəbər verir.

Qeyd edilib ki, yanvar-aprel aylarında da orta illik inflyasiya eyni səviyyədə qeydə alınıb.

Məlumata görə, 2025-ci ilin sonuna orta illik inflyasiya göstəricisi bir il əvvəlki 2,2 faizlə müqayisədə 5,6 faizə çatıb.

İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə əsasən, Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Mərkəzi Bankın 2026-cı ilin fevralında açıqladığı son proqnoza görə isə cari ildə illik inflyasiya 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz səviyyəsində gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV