Modern.az

“Brent” neftin qiymətində ciddi artım: 95 dollara çatır

“Brent” neftin qiymətində ciddi artım: 95 dollara çatır

İqtisadiyyat

Bu gün, 09:20

Dünya bazarında neft qiymətlərində artım qeydə alınıb.

Modern.az xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçers müqaviləsinin qiyməti 1,6% artaraq bir barel üçün 94,59 ABŞ dollarına yüksəlib.

Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında “WTI” markalı neftin 2026-cı ilin iyul ayı üzrə fyuçerslərinin dəyəri də 1,79% artıb. Belə ki, bir barel “WTI” nefti 91,64 ABŞ dollarına satılıb.

Qeyd edək ki, son ticarət sessiyalarında neft bazarında müşahidə olunan bahalaşma qlobal enerji bazarlarında qiymət dinamikasına təsir göstərməkdə davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV