Modern.az

Qızıl və gümüşün qiyməti kəskin ucuzlaşdı

Qızıl və gümüşün qiyməti kəskin ucuzlaşdı

İqtisadiyyat

11 İyun 2026, 09:26

Əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində azalma qeydə alınıb.

Modern.az xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri əvvəlki sessiya ilə müqayisədə 0,8% azalaraq 4 100,3 ABŞ dollarına enib.

Birjada gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçersləri də ucuzlaşıb. Belə ki, qiymət 1,3% azalaraq 63,9 ABŞ dolları təşkil edib.

Analitiklər qiymətli metallar bazarında müşahidə olunan dəyişiklikləri investorların qlobal iqtisadi proseslərə və maliyyə bazarlarındakı gözləntilərinə reaksiyası ilə əlaqələndirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ruslardan 5 ölkəyə "HÜCUM": Siyahıda Azərbaycan da var