Azərbaycan əsilli Rusiyalı iş adamı, "Lukoyl" şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvəti artmaqda davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, son məlumata görə, milyarderin sərvəti 29,7 milyard dollara çatıb. O, 2026-cı ilin əvvəlindən indiyədək sərvətini 800 milyon dollar artırıb.
Bununla da Ələkbərov dünyanın ən varlı şəxsləri sırasında mövqeyini qoruyub saxlayır. Onun sərvətinin artımı əsasən enerji sektorundakı aktivlərinin bazar dəyərinin yüksəlməsi ilə əlaqələndirilir. Vahid Ələkbərov uzun illər neft-qaz sənayesində fəaliyyət göstərən ən nüfuzlu biznesmenlərdən biri hesab olunur.
O, müxtəlif beynəlxalq milyarderlər reytinqlərində mütəmadi olaraq ən varlı iş adamları arasında yer alır. Xatırladaq ki, 76 yaşlı Vahid Ələkbərov 1950-ci ildə Bakı şəhərində anadan olub.