Modern.az

Bütün ermənilər Azərbaycan yanacağından istifadə edir - RƏQƏMLƏR

Bütün ermənilər Azərbaycan yanacağından istifadə edir - RƏQƏMLƏR

İqtisadiyyat

Bu gün, 00:26

Azərbaycan Ermənistanla iqtisadi əlaqələrin qurulması istiqamətində faktiki məhsul tədarükünə başlayan tərəf kimi çıxış edir.

Modern.az xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin açıqladığı rəsmi göstəricilər də təsdiqləyir.

Məlumata görə, 2025-ci ilin əvvəlindən 31 avqust 2026-cı ilədək Azərbaycandan Ermənistana:

4 910,1 ton benzin;
14 945,5 ton dizel yanacağı;
230 ton istilik izolyasiya materialı gətirilib.

Beləliklə, göstərilən müddətdə Azərbaycan Ermənistana ümumilikdə 19 855,6 ton, yəni təxminən 20 min ton benzin və dizel yanacağı ixrac edib.

Hazırkı mənzərə Azərbaycanın yalnız siyasi normallaşma prosesində deyil, iki ölkə arasında iqtisadi münasibətlərin praktik mərhələyə keçməsində də real addımlar atan tərəf olduğunu göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...