Modern.az

Azərbaycan neftinin qiyməti kəskin artdı - 105 dollar oldu

Azərbaycan neftinin qiyməti kəskin artdı - 105 dollar oldu

İqtisadiyyat

4 Sentyabr 2026, 10:12

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,02 ABŞ dolları və ya 2,96 % artaraq 104,98 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?