Modern.az

Gömrükdə yeni qayda: Əlavə xərc yaranacaq? - VİDEO

Gömrükdə yeni qayda: Əlavə xərc yaranacaq? - VİDEO

İqtisadiyyat

Bu gün, 23:15

Ölkəyə gətirilən malların gömrük dəyəri artıq Azərbaycanın milli valyutası ilə bəyan ediləcək. Bununla bağlı Gömrük Məcəlləsinə edilən dəyişiklik sentyabrın 3-dən etibarən qüvvəyə minib.

Bəs bu dəyişikliyin edilməsində məqsəd nədir?

Modern.az Baku TV-yə istinadən bildirir ki, məsələni şərh edən iqtisadçı Xalid Kərimli bildirib:

"Əvvəl bəyannamələrdə malların dəyəri dollarla göstərilir və Mərkəzi Bankın məzənnəsi ilə manata çevrilirdi. Müstəqil dövlət olaraq sərhəddən keçən malların milli valyuta ilə ifadə edilməsi vacib idi. Bu dəyişiklik idxalçılara əlavə gömrük rüsumu və ya xərc gətirmir. Qərar sadəcə, təqdimat, hesablama və statistikada rahatlıq yaradır, qarışıqlığın qarşısını alır. İdxal qiymətlərində heç bir dəyişiklik olmayacaq, gömrük yoxlamalarında çətinlik yaranmayacaq. Vətəndaşların narahatlığına heç bir əsas yoxdur".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir