Modern.az

Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı

Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı

İqtisadiyyat

4 Sentyabr 2026, 22:48

Ermənistan ərazisindən keçəcək TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsi çərçivəsində işlərə 2027-ci ilin əvvəlində başlanılacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ-ın Semafora nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Ermənistan ərazisində layihənin ilk daşının 2027-ci ilin əvvəlində qoyulması gözlənilir.

Diplomat qeyd edib ki, layihənin texniki-iqtisadi qiymətləndirilməsi 2026-cı ilin sonuna qədər başa çatdırılmalıdır.

Bununla yanaşı, səfir Ermənistanın Rusiya və İranla mövcud ənənəvi əlaqələrini qoruyub saxlamağa çalışdığını da bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər